|
Sami Yusif Təyyar Bayramovla bağlı paylaşım edib, birgə konsert anonsunu verdi   FOTO

Dünyaca məşhur müğənni Sami Yusif 2,3 milyondan çox izləyicisi olan "İnstagram" səhfəsində Azərbaycanın Əməkdar artisti Təyyar Bayramovla bağlı paylaşım edib.

Cia.az bildirir ki,  müğənni qeyd edib ki, oktyabrın 22-23-də Dubayda verəcəyi konsertində Əməkdar artistlə birgə səhnəyə çıxacaq.

"Muğam Azərbaycanın zəngin və mürəkkəb musiqi ənənəsidir. Təyyar Bayramov Azərbaycan Milli Konservatoriyasında tələbə ikən bu üslubda oxumağa başlayıb. Möhtəşəm istedadı və bacarığı ona Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri və Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar artist" adı da daxil olmaqla bir çox mükafatlar qazandırıb. Bu gün uğurlu musiqi karyerası ilə yanaşı, Təyyar Bayramov həm də konservatoriyanın professorudur".