|
Türkiyə Qran-Prisinin qalibi bəlli oldu

“Formula 1” üzrə Türkiyə Qran-Prisinin qalibi bəlli olub.

Cia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Mercedes” komandasının pilotu Valtteri Bottas rəqiblərini üstələyib.

 

“İstanbul Park” trasındakı yarışda “Red Bull” komandasından Maks Verstappen ikinci, Serxio Peres üçüncü olub.