|
Rusiyada saxta içkidən ölənlərin sayı artır

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərk ölənlərin sayı 34-ə çatıb.

Cia.az Rusiya KİV-ə istinadən xəbər verir ki, daha 24 nəfərin xəstəxalarda müalicəsi davam edir.

Qeyd edək ki, saxta içki satışı ilə bağlı doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan üçü azərbaycanlıdır.

1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.