ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni neft siyasətinə görə sərt tənqid edib.
Cia.az xarici agentliklərə istinadən xəbər verir ki, Ayova ştatında tərərfdarları qarşısında çıxış edən Ağ Evin sabiq rəhbəri xələfini neftdən ötrü Rusiyaya yalvardığını bildirib.
“Mənim dövrümdə biz enerji sahəsində müstəqillyimizi ələ etmişdik. İndi isə onlar (Bayden administrasiyası-red.) OPEK, Rusiya və digər ölkələrə neft vermələrini xahiş edirlər. Halbuki mən vaxtında buna son qoymuşdum. Mən hakimiyyətdən gedənə yaxın bizim Səudiyyə Ərəbistanı və Rusiyadan çox neftimiz var idi. Bayden isə həmin ölkələrdən mədət umur”, - deyə, Donald Tramp hiddətlənib.
Xatırladaq ki, bu ilin oktyabr ayının 8-də WTI neft markasının bir barrelinin qiyməti 2014-cü ilin noyabr ayındakı rekordunu qıraraq 80 dollara yüksəlib. “Brent” etalon markasının barreli isə 83,4 dollara qalxıb. Buna əsas səbəblərdən biri olaraq ABŞ Eneregetika nazirliyinin ölkənin milli rezervrlərində saxlanılan neft ehtiyatlarından istifadə etməyəcəyi barədə bəyanatı olub.
