|
Boliviyada tibb işçilərini daşıyan təyyarə qəzaya düşdü

Boliviyada səhiyyə işçilərini daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Cia.az xarici mediaya istinadən xəbər verir ki, Pando departamentində baş vermiş qəza nəticəsində 2-si pilot olmaqla 6 nəfər həlak olub.

Təyyarə Riberaltadan Kobihaya uçurmuş.

Boliviya Prezidenti Luis Arse qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib.