|
Gəncədə şəhid Əmrah Rəcəbovun anım günü qeyd edilib

Gəncə şəhərində Vətən müharibəsi şəhidi Əmrah Rəcəbovun anım günü qeyd edilib. Cia.az-in Qərb Mərkəzinin məlumatına görə, onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edənlər E.Rəcəbovun vətənpərvərliyindən, Vətən müharibəsi zamanı keçdiyi şücaətli və şərəfli döyüş yolundan bəhs ediblər.

 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əmrah Rəjəbov kiçik yaşlarında atasını itirib. Anası isə onu uşaq evinə qoyub. Ata-anasız böyüyən E.Rəcəbov orta təhsilini bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib.

O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb və Füzuli istiqamətində gedən qızğın döyüşlərdə yaxından iştirak edib.

E.Rəcəbov 2020-ci il oktyabrın 8-də döyüş zamanı yaralanmış əsgər yoldaşlarını ərazidən təxliyə etmək istəyən zaman mərmi onun yaxınlığına düşüb və qəhrəmancasına şəhid olub.

Onun nəşi 2021-ci il fevral ayının 23-də tapılıb və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Əmrah Rəcəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!