|
Dünyadakı açılmayan sirlərdən biri - bu gölə saatda 280 ildırım düşür - fotolar

Venesuelada Katatumbo çayının Marakaibo gölünə töküldüyü hövzəsi dünyanın ən çox ildırım düşdüyü yerdir. Bu hövzəyə saatda 280 ildırım düşür.

Əlbəttə ki, qlobal dünyada elm az qala hər dəqiqə və saniyə inkişaf edir. Buna baxmayaraq dünyada hələ də elmin sirrini aça bilmədiyi hadisələr, yerlər var. Bu cür yerlərdən biri də hər saatda yüzlərlə şimşək çaxan Marakaibo gölüdür.

Elm adamlarının fikrincə hövzə üzərində rekord sayda ildırım fırtınalarının yaranmasına səbəb məkdandakı atmosfer şəraitidir.

Bəzi tədqiqatçılar isə qeyd edir ki, son bir neçə onillikdə çay hövzəsində metan kimi təbii qazların yaranması ildırım vurma tezliyinə təsir edir. Lakin hələlik bu barədə yalnız müzakirələr səslənir.