|
Gəncədən Rusiyaya işləməyə getdilər

Bir neçə gün öncə insan alverinə görə ittiham olunaraq səkkiz il azadlıqdan məhrum edilən Aygün Xəlilovanın (ad şərtidir) məhkəməsi ilə bağlı bir sıra məqamlar üzə çıxıb.

Cia.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan istintaqda məlum olub ki, A.Xəlilova iki qadını cinsi istismar məqsədilə Rusiyaya aparıb.

O, tanışları olan Gəncə sakinləri B.D. və R.A.-ya onları Moskvada işə düzəldəcəyinə dair vəd verib. Qadınlara təyyarə bileti alaraq, Gəncədən Moskvaya uçmalarına kömək edib. Daha sonra müxtəlif ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb, cinsi əlaqədə olmalarını təşkil edib.

 

Aygün Xəlilova məhkəmədə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib ki, qadınları Gəncə şəhərindən olan həmyerli kimi tanıyır:

“Onların Azərbaycanda dolanışıqları olmadığı üçün Moskvada fahişəlik etməyi təklif etdim. Qızlar etiraz etmədiklərindən onların Rusiyaya gedişini təşkil elədim. Razılaşmaya, əsasən, müştərilərdən alınan pulların 10-20 faizi mənə çatırdı”