|
Batumidəki hadisə ilə bağlı üç nəfər saxlanıldı

Gürcüstanın Batumi şəhərində binanın çökməsi ilə əlaqədar üç nəfər saxlanılıb.

Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

İstintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində aşağıdakı şəxslər saxlanılıb: binanın birinci mərtəbəsində yerləşən mənzilin sahibi, 1975-ci il təvəllüdlü Z. B., həmçinin 1962-ci il təvəllüdlü X. S. və 1992-ci il təvəllüdlü Q. S.

 

İstintaqla müəyyən olunub ki, mənzil sahibi X. S və Q. S adlı şəxsləri evinin təmir olunması işlərinə cəlb edib. Mənzildə təhlükəsizlik qaydalarına əməl olunmadan tikinti və təmir işləri aparılıb, bu da çox güman, çoxmənzilli binanın girişlərindən birinin çökməsinə gətirib çıxarıb.

Qeyd edək ki, binanın çökməsi nəticəsində beş nəfər həyatını itirib, iki nəfər yaralanıb. Dağıntılar altında daha bir neçə nəfərin olduğu bildirilir