|
Əfqanıstanda məsciddə terror aktı törədilib, ölənlər var

Əfqanıstanda məsciddə terror aktı törədilib.

Cia.az-ın xəbərinə görə, bu barədə “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, ölkənin Gündüz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində partlayış baş verib. Z. Mücahid partlayış nəticəsində ölənlər və yaralananların olduğunu bildirib. Ölənlərin sayı hələ açıqlanmayıb.