|
Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb.

Cia.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti noyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu