|
Saakaşvili qürbətdə xan olunca, vətənində məhbus olmağı seçir

 

Qonşu Gürcüstanda cərəyan edən hadisələr hamının diqqət mərkəzindədir. Hamını bir sual maraqlandırır, görəsən Saakaşvilinin taleyi necə olacaq? Gürcüstan və gürcü xalqı üçün fədakarlığının sərhədi olmayan gürcü lideri xalq xilas edə biləcəkmi? Mixael Saakaşvili bilirdi ki, bu dəfə də Gürcüstana dönməsə, xalqın inamını itirəcək. Mişanı xilas yolu hesab edən gürcü xalqı xilas yollarının bir dəfəlik bağlandığını zənn edəcək. Hazırkı iqtidar keçmiş prezidenti Tbilisidə gözləyirdi. Lakin Saakaşvili yolunu Batumidən saldı. Niyə Batumi? Çünki Batumi Mişanın işıqlığa çıxardığı, ölkənin əsas gəlir mənbəyinə çevirdiyi şəhər idi. Batumi Saakaşvilinin yenidən qurduğu şəhər idi. Bəs Saakaşvili ölkəyə necə keçib? Sərhəddə niyə saxlanmayıb?Bax, bu suallar sual olaraq qalır. Hazırkı iqtidar dəfələrlə açıqlama verdi ki, Miaxael Saakaşvili ölkə sərhədini keçməyib. Keçə də bilməz.Hətta, Mişanın Batumidən yaydığı videonun da Kiyevdən çəkdiyi versiyasını irəli sürdülər və xalqı inandırmağa çalışdılar ki, bu, Saakaşvilinin növbəti oyunudur. Lakin xalq iqtidara yox, müxalif mövqedə dayanmış Saakaşviliyə inandı. Çünki əhalininMişadan başqa işıqlığa çıxaracaq ikinci bir şəxs Gürcüstanda yoxdur. Gürcü xalqı və Gürcüstanda yaşayan digər etnik qruplar indi çox ağır şərtlər altında yaşayır. Əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Dünyanı çalxalayan pandemiya Gürcüstanı daha ağır vəziyyətə düçar etdi. Saakaşvilinin ölkənin gəlir mənbəyinə çevirdiyi Batumiyə üz tutan turist olmadığından, Gürcüstanın maddi rifahı daha da çətinləşdi. Bəli, Kiyev rəsmi açıqlama yaydı ki, Mişa Batumiyə Türkiyədən keçib. Batumidən sonra Tbilisiyə gələn keçmiş prezident həbs edilir və Rustavi təcridxanasına gətirilir. Cinayət törətməkdə ittiham olunan Saakaşvilini Gürcüstanın hazırki prezidenti Zurabişvili heç vaxt bağışlamayacağı açılamasını verdi. Saakaşvili xalqı meydana deyil, səsvermə məntəqələrinə dəvət etdi, aktiv olmağa səslədi ki, bir səs belə itməməlidir. Və bu seçkilərdə indiyə qədər olan seçkilərin ən yüksək iştirak faizi qeydə alınsa da, yenə səsvermə “Gürcü Arzusu”nun xeyirinə tamamlandı. Sanki səsverməyə bir sehrli əl daxil olub,”Gürcü Arzusu”nun xeyrinə kartları çevirdi. Rusiya bu dəfə də öz oyununu oynadı. Bunu 2 oktyabr seçkiləri bir daha sübut etdi. Xalqın istəmədiyi iqtidarın 48% səs toplaması Rusiyanın Qafqazdakı növbəti oyununun nəticəsi idi. Ukraynanın səylərinə baxmayaraq, Saakaşvili qürbətdə xan olunca, vətənində məhbus olmağı seçir. Bir reallıqda var ki, Ukranyanın yuxarı təbəqəsinin nümayəndələri üçün də Saakaşvili arzuolunmaz şəxsdir, korrupsionerlərin əl-qol açmasına imkan vermir. Təcridxanada Mişa aclıq kompaniyası başlatdaraq, gürcü xalqını inandırmağa çalışır ki, ölüm belə onu əqidəsindən döndərə bilməyəcək. Hələ də saxlandığı təcridxananın qarşısında siyasi mitinqlər davam edir. Lakin Gürcüstan iqtidarı növbəti riyakarlığa əl atır. Baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili açıqlama verdi ki, guya, Mixael Saakaşvilinin psixi vəziyyəti təcridxanaya köçrüldükdən sonra daha da pisləşib. Əvvəldə Saakaşvilini narkotik istifadəçiliyində günahlandırmışdılar. Düşünürəm ki, Baş nazirin bu açıqlaması boşuna deyil. Çünki siyasi liderin Gürcüstan torpaqlarında olması iqtidara rahat yuxu yatmağa imkan vermir. İqtidar yaxşı bilir ki, Saakaşvili tərəfdarları dinc oturmayacaq. Ölkədə mitinqlər, ixtişaşlar dayanmayacaq. Onlar əmindirlər ki, Saakaşvilinin Gürcüstanda olması onların işini çox çətinləşdirəcək. Bu səbəbdən də Mişaya dəli damğası vuraraq, gəldiyi yerə qayıtmasını təşkil edəcəklər.

                                                                                                                                                                                                                                                                                                       

                                                                                                                                                                                                                                                                                                                      Muxayeva Elida

                                                                                                                                                                                                                                                                                                                      Cia.az