|
Türkiyə 40 "F-16" qırıcısının alışı üçün ABŞ-a müraciət etdi

Türkiyə 40 ədəd "F-16" qırıcı təyyarəsi almaq üçün ABŞ-a müraciət edib.

Cia.az “HaberGlobal”a istinadən xəbər verir ki, rəsmi Ankara həmçinin hərbi arsenalındakı 80 ədəd "F-16"nı modernləşdirmək niyyətindədir.

Sifarişin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.

Satışın gerçəkləşməsi üçün ABŞ Dövlət Depatamenti və Konqresin təsdiqi olmalıdır.