|
NATO Hərbi Komitəsi Gürcüstanda səfərdədir

NATO Hərbi Komitəsinin Gürcüstana səfəri başlayıb.

Cia.az-ın yerli bürosunun xəbərinə görə, NATO-nun ən ali hərbi orqanı sayılan Hərbi Komitənin üzvlərini daşıyan təyyarə Tbilisi Beynəlxalq Hava Limanına enib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, 7-8 oktyabr tarixlərində davam edəcək səfər çərçivəsində dördüncü dəfə Gürcüstanda Hərbi Komitənin plenar sessiyası keçiriləcək.

NATO Hərbi Komitəsinə admiral Rob Bauer rəhbərlik edir.