|
İranda koronavrusdan ölənlərin sayı 122 mini keçdi

İranda son gündə 233 Covid-19 xəstəsi vəfat edib.

Cia.az xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, 11.625 yeni xəstə təsbit edilib və xəstəxanaya yerləşdirilib.

Ölkədə Covid-19 xəstələrinin ümumi sayı 5.674.083-ə çatıb.

Virusdan ölənlərin ümumi sayı 122.012-yə çatıb.

İndiyə qədər 5.169.999 xəstə sağalıb.