|
Azərbaycanlı yazıçı “Sergey Yesenin” medalına layiq görüldü

Rusiya Yazıçılar Birliyinin Rəyasət Heyəti Moskvada yaşayan azərbaycanlı yazıçı Sabit Əliyevi “Sergey Yesenin” medalı ilə təltif edib.

Cia.az  xəbər verir ki, bu barədə o, instaqramda bildirib.

Medal rus şairi Sergey Yesenin anadan olmasının 125 illiyi münasibətilə təsis edilib.

 

Əliyevin sözlərinə görə, bu medalla “Rus moya” (“Русь моя”) milli ədəbi mükafatının nominantları, habelə rus ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş şəxslər təltif edilirlər.

Qeyd edək ki, S. Əliyev 2017-ci ildən Rusiya Peşəkar Ədəbiyyatçılar İttifaqının, 2018-ci ildən isə Rusiya Yazıçılar Birliyinin üzvüdür.