|
Ədəbiyyat üzrə Nobel mükafatı  yazıçı Abdulrazak Qurnaya verilib

Bu gün 2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı açıqlanıb.

Cia.az Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Tanzaniyadan olan və hazırda Böyük Britaniyada yaşayan yazıçı Abdulrazak Qurnaya (Abdulrazak Gurnah) verilib.

Qeyd edək ki, mükafatın ötənilki qalibi ABŞ şairi və esseisti Luiza Qlük olub