Gürcüstanda hündürmərtəbəli yaşayış binasında partlayış olub.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, insident Tbilisi ətrafında Barketili rayonunda baş verib.
Bildirilir ki, binadakı evlərdən birində baş verən partlayış nəticəsində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
İlkin məlumatlara görə, partlayış səbəbindən 1 nəfər xəsarət alıb. Yanğını hələ nəzarətə almaq mümkün olmayıb.
