Türkiyədə İnterpol tərəfindən axtarışda olan İŞİD yaraqlısı saxlanılıb.
Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ankarada təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxs Rusiya vətəndaşıdır.
Sözügedən şəxs Türkiyəyə qanunsuz yolla daxil olub. O, Ankarada gizləndiyi evdə saxlanılıb. Axtarış zamanı evdə təqribən 5 min dollar, rubl və türk lirəsi, həmçinin saxta şəxsiyyət vəsiqələri aşkar olunub.
