İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan İŞİD üzvü Ankarada saxlanılıb.
Cia.az-ın Türkiyə Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, A.R. adlı Rusiya vətəndaşının qanunsuz yollarla Suriyadan Türkiyəyə daxil olduğu müəyyənləşib.
Onun yaşadığı evdən saxta Suriya pasportu, çox sayda rəqəmsal material, 4 800 dollar, 8 000 rubl və 16 800 lirə aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
