|
Deputatlarımız erməni siyasi partiya təmsilçiləri ilə görüşdü

Milli Məclisin deputatı Tural Gəncəliyev Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşüb.

Cia.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin birgə təşkilatçılığı ilə baş tutub: 

"Görüşdə post münaqişə dövrünə aid məsələləri müzakirə etdik"- deyə deputat qeyd edib.

 

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı Erkin Qədirli də iştirak edib.