Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Cia.az-ın xəbərinə görə, Milanın “San Siro” stadionunda meydan sahibi, son Avropa çempionu İtaliya ilə İspaniya qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Rusiyadan olan hakim Sergey Karasyov idarə edəcək.
Xatırladaq ki, bu komandalar AVRO-2020-nin yarımfinalında da bir-birinə rəqib olub. Həmin vaxt 1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyası müəyyənləşdirib. İtalyanlar 4:2 qalib gələrək finala çıxıb.
Qeyd edək ki, yarımfinalın digər oyununda son dünya üçüncüsü Belçika Turində son dünya çempionu Fransa ilə qarşılaşacaq.
