|
Zaur Əliyev işdən çıxardığı N.Veyisovanı özünə müşavir təyin edib

Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin sabiq direktoru Nelli Veyisovaya yeni vəzifə verilib.

Cia.az unikal.org-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev N.Veyisovanı özünə müşavir təyin edib.

Qeyd edək ki, N. Veyisova 2 gün öncə vəzifəsindən azad edilmişdi. Onun yerinə Elçin Əmirov təyinat almışdı.