|
ANS-in efirində qarşıdurma

ANS telekanalında yayımlanan “Adam içində” verilişində qalmaqal baş verib.

“Qafqazinfo” xəbər verir ki, verilişdə əməkdar artist, klarnet ifaçısı Vaqif Mirzəyevlə verilişin əməkdaşı Afət Rahilqızı arasında qarşıdurma yaranıb. Canlı yayımda əsəblərinə hakim ola bilməyən klarnetçi jurnalistə qarşı sərt ittihamlar səsləndirib.