|
İtaliya İspaniyaya qarşı

UEFA Millətlər Liqasında final mərhələsinə start verilir.

Cia.az xəbər verir ki, A liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.

Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya İspaniya ilə qarşılaşacaq. Milanın “San-Siro” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

 

UEFA Millətlər Liqası, final mərhələsi

Yarımfinal

22:45. İtaliya - İspaniya

Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)

Milan. “San-Siro” stadionu