Müğənni Azəri qızı Günel 23 ildən sonra ilk dəfə İstanbulda konsert proqramı ilə çıxış edəcək.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alış-veriş edərkən obyektivlərə tuş gələn sənətçi bunları deyib:
“Xəyalımı gerçəkləşdirəcəm. İstanbulda ilk dəfə səhnəyə çıxacam. Bunun həyəcanını yaşayıram”.
Günel konsertin oktyabrın 9-da gerçəkləşəcəyini bildirib.
