Gürcüstan məhkəməsində Mixail Saakaşvili barədə işlərdən birinə noyabrın 10-u baxılacaq.
Cia.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya məlumat verib.
Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.
Tezliklə ölkənin keçmiş Prezidentinə qarşı daha bir ittiham – dövlət sərhədini qanunsuz keçmə irəli sürüləcək.
Baş Prokurorluğun məlumatına görə, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmayıb və o, həbs müddətini öz ölkəsində çəkəcək.
