|
Nobel mükafatını kimlər aldı?

Bu gün 2021-ci il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Cia.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Syukuro Manabe, Klaus Hasselmann və Giorgio Parisiyə verilib.

Onlar "Bizim mürəkkəb fiziki sistemlər anlayışımıza bəxş etdikləri novatorluğa görə" Nobel mükafatına layiq görülüblər.