|
"Bu faşistlər mütləq məhkəməyə verilməlidir" -

"Ermənistanın bir il bundan öncə mülki əhaliyə qarşı törətdiyi terror aktları, vandalizmi nəticəsində yüzə yaxın insan həyatını itirib". Bunu Cia.az-a açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dünya artıq bunu görür və qəbul edir. Azərbaycanla işləyən diplomatik korpusların hamısı, xaricdən gələn jurnalistlər bunu öz gözləri ilə görür.

Rüfət Quliyev bu haqda fikrini belə izah edib: "Azərbaycan bütün faktları, sübutları hazırlayaraq beynəlxalq hərakatlara verməyə başlayıb. İnanıram ki, buna dünya da siyasi qiymət verəcək. Bəzi ölkələr artıq bu qiyməti verib. Qardaş Türkiyə, Pakistan belə dövlətlərdəndir. Ukrayna parlamentinin bir hissəsi şəxsən mənə məlumat göndərmişdilər ki, bu vandalizmdir. Bu mülki əhaliyə qarşı törədilmiş terror aktıdır. Bir sözlə, anti-humanist addımdır. Mən inanıram ki, ədalət zəfər qazanacaq. Amma buna biraz vaxt lazım olacaq. Hər halda beynəlxalq məhkəmələr olur ki, illərlə gedir. Məsələyə siyasi qiymətin verilməsinə başlanıb. Beynəlxalq təşkilatlar da siyasi qiymətini verib. İndi bizə lazımdır ki, biz bunu dünya ictimaiyyətinin diqqətinə daha ciddi şəkildə çatdıraq. Bu faşistlər mütləq məhkəməyə verilməlidir, açıq şəkildə məhkəmə prosesi getməlidir və bunlar həbs olunmalıdır. Bütün dünyada bunu görməlidir ki, onlar cəzalandırılıb.

Cənab Prezident terrordan zərər çəkmiş vətəndaşlarımızı daima öz diqqətində saxlayır. Rüfət Quliyev bu haqda deyib: "Azərbaycan dövləti başda cənab Prezident olmaqla bu insanları daim diqqətdə saxlayır. Bu vətəndaşlarımıza maddi kömək edilir. Onlar üçün evlər tikilib. Bir sözlə, dövlətimiz, şəxsən cənab Prezident bu şəxləri daima yadda saxlayır".