|
İTV Yayım Şurasına yeni namizədlər irəli sürülüb

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi üçün gənclər təşkilatları tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

Cia.az-in məlumatına görə, gənclər təşkilatları tərəfindən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Əliyev Azər Ruslan oğlu və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Axundova Ülviyyə Süleyman qızının namizədliyi verilib.

Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılır
Bu il 1731 nəfər daxil olduğu ali məktəbdə oxumaqdan imtina edib
AMEA-nın müxbir üzvü Arif Quliyev vəfat edib
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri olan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Zeynalov Vüqar Eldar oğlunun və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Yusifova Sevil Şərif qızının da namizədliyi yenidən irəli sürülüb. Alternativ namizədlər isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abdullayeva İlhamə Xanlar qızı və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini Mansurova Zərəngiz Dəmirçi qızıdır.

Onların namizədlikləri müvafiq olaraq, Sahibkarlar Şurası və qadın cəmiyyətləri tərəfindən irəli sürülüb.