Aprel ayında koronavirusdan sağalan, xəstəxanadan çıxan kimi özündən 28 yaş kiçik sevdiyi xanımla nikaha girən “Sadakatsiz” serialının ulduzu, türkiyəli aktyor Burak Sergen boşanır.
Cia.az “Medyatava”ya istinadən xəbər verir ki, 60 yaşlı Burak Sergen 32 yaşlı həyat yoldaşı Nihan Ünsalın ona xəyanət etdiyini öyrənib. İddiaya görə, N. Ünsal İzmirli bir iş adamı ilə eyni evə girərkən görüntülənib.
Münasibətin fotolarla sübutundan sonra B. Sergen boşanmaq üçün dərhal hərəkətə keçib.
