|
Qadın güləşçilərimiz mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Cia.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.

 

Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.

Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.