|
İcazəsiz işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edən şəxslər tutulub

Müvafiq icazələri olmadan işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə keçməyə cəhd göstərmiş şəxslər saxlanılıblar.

Cia.az DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə saxla işarəsi verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.