|
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

Bu gün 2021-ci il Fiziologiya və ya tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Cia.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat David Julius və Ardem Patapoutyana verilib.

Onlar "temperatur və toxunma reseptorlarını kəşf etdikləri üçün" mükafata sahib olublar.