|
Bakıda nazirliyin qurumu qarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) oğurluq hadisəsi baş verib.

Cia.az  report-a istinadən xəbər verir ki, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.