|
Turanla Elçin Əlibəyli “Space”dən gedib?

Tanınmış aparıcılar Elçin Əlibəyli və Turan İbrahimovun “Space” TV ilə yollarını ayırması barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Cia.az-a açıqlama verən Əlibəyli bunun həqiqətə uyğun olmadığını deyib. O, telekanalın yeni mövsüm anonsunda yer almamasını belə izah edib:

“Həmin anons yeni simalara aiddir. Bizim anonsumuz ayrı çəkiləcək. Verilişimin yayımı davam edəcək”.

 

Aparıcı Turan İbrahimov isə yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm “Space” TV-də olmamaq qərarını verdiyini bildirib.

“Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır”,- deyə İbrahimov feysbukda yazıb. Aparıcının sözlərinə görə, hazırda əsas hədəfi öz işlərini böyütmək, PR, media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığını genişləndirməkdir.