“Azərbaycan İnvestisiya Şirkəti fəaliyyətdə olduğu dövrdə ölkə iqtisadiyyatının müxtəlif sektorunda olan layihələrə 220 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib”.
Cia.az-ın məlumatına görə, bunu Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycana investisiyanın cəlb edilməsi üçün bütün zəruri şərtlər yaradılıb:
“Şirkət tərəfindən əsasən kənd təsərrüfatı, ağır saneye, emal sektoru və qida sektoru əsas hədəf istiqamətlərdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit dəhlizlərdə yerləşməsi buraya xarici investorlar tərəfindən marağı artırır”.
