|
Moskvada qələbəmizə həsr olunmuş xatirə suvenirləri buraxıldı

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə Rusiyada ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbənin birinci ildönümünə həsr olunmuş xatirə suvenirləri buraxılıb.

Bu barədə Cia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. 

Qeyd olunub ki, suvenirlərin üzərində 2D-formatında Şuşa qalası və Xarıbülbül çiçəyinin təsvirləri əks olunub.

 

 

Azərbaycan diasporu süvenirlərin təqdimat mərasimini Qələbəmizin birinci ildönümü ərəfəsində keçirməyə hazırlaşır.