|
Azərbaycanlı hakim Kosovo – Çexiya matçına təyinat aldı

FİFA referisi Rauf Cabbarov təyinat alıb.

Cia.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq.

 

Ona bu oyunda Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.