Ötən axşam İraqın paytaxtı Bağdadda 5 partlayış törədilib.
Cia.az-ın məlumatına görə, partlayışlar nəticəsində ümumilikdə 21 nəfər ölüb, azı 65 nəfər isə yaralanıb.
Ən güclü partlayış Bağdadın İskan rayonunda baş verib. Camila və Əl-Hurriya və Ur rayonlarında isə uşaq xəstəxanası və bazarlar hücumun hədəfi olub.
Silsilə partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Cia.az
