|
İraqda polis şöbəsinə terror hücumu

İraqın Ənbar vilayətində polis şöbəsinə bomba yüklü maşınla hücum edilib.

Cia.az xəbər verir ki, bu barədə Ənbar Əməliyyatlar komandanı Nasir Gennam məlumat yayıb.

 

O bildirib ki, hücumda istifadə edilən maşın və sürücüsü zərərsizləşdirilib.

Dağıntı və tələfat yoxdur.