|
İnternet problemini həll etmək istəyərkən öldü

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

Cia.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.

 

Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.