|
Sumqayıtda beşmərtəbəli binanın damından yıxılan 35 yaşlı kişi ölüb

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.
Cia.az-ın məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.
Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.