|
Xalq artisti Vaqif Şərifov reanimasiyaya yerləşdirilib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifovun vəziyyəti ağırlaşıb.

Cia.az-ın məlumatına görə, xalq artistin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan Cia.az-a verilən məlumata görə, ürəyində problem yaranan V. Şərifovun vəziyyəti ağır olaraq qalır.