“Xaricdə təhsil dövlət proqramı üzrə işlə təminatla bağlı koordinasiya mərkəzi qurulacaq”.
Cia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamı ilə bağlı bu gün keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda bununla bağlı ilkin ideya var, detalları isə hələ məlum deyil: “Dövlət proqramı təsdiq olunandan sonra koordinasiya mərkəzinin formatı ilə bağlı məsələ məlum olacaq”.
