|
Ərdoğan Azərbaycana səfər edəcəyini açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Cia.az xəbər verir ki, bunu Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

 

“30 ildir işğal altında olan Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Öünümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımız ilə yenidən görüşəcəyik. İşğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparan bir ölkəyə və Türkiyəyə qarşı kin qoxan münasibətləri heç vaxt unutmayacağıq”, - deyə Ərdoğan qeyd edib.