“Qəbul prosedurları dünyanın müxtəlif ölkələrində fərqlənir. Bəzən ali təhsil müəssisələrinə qəbul olmaq çətin deyil, amma maliyyələşmə çətin olur. Ona görə biz bunun da fərqinə varırıq. Həmişə ali təhsil müəssisəsinə qəbul olmaq fitri istedad deyil. On universitetə müraciət edib üçünə qəbul olmaq, yeddisinə qəbul olmamaq olar. Rədd cavabı isə sizə qarşı ədalətsizlik deyil”.
Cia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, məzun olandan sonra 300-dən çox yerə CV göndərsə də, cəmi ikisi onu müsahibəyə çağırıb: “Düşünmürəm ki, onlar məni alçaltdı və çağırmadı. Ola bilər ki, həmin vaxt üçün 298 yerdə mənə uyğun pozisiya olmayıb
