|
Tovuzda piyadanı avtomobil vurub

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Cia.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınır. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Faiq Qasımovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakla bağlı araşdırma aparılır.