|
Bacısını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda bacısını bıçaqlamada təqsirləndirilən Elton Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cia.az-in xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü E.Əkbərli küçədə qardaşının hücumuna məruz qalıb. O, bacısının üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.