|
Musa Quliyev: “Şəhid ailələrinə verilən aylıq 21 manat kommunal pulu 200 manat artırılan təqaüdlə əvəzlənib”

“Şəhid ailələrinə verilən aylıq 21 manat kommunal pulu 200 manat artırılan təqaüdlə əvəz olunub”.

Cia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, valideyn himayəsindən məhrum olan uşaqlara verilən 5 manat məbləğində vəsait valideynə verilən 200 manatlıq və 80 manatlıq aylıq təminatla əvəzlənir: “Hər iki qanun layihəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial müdafiəsini dəstəkləmək mahiyyəti daşıyır”.